"Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) ətrafında oyun gedir və baş verənlər tam qanunsuzdur".
Newscenter.az xəbər verir ki, bunu qurumun sədri Vüqar Oruc deyib. O bildirib ki, 2022-ci ilin may ayında 7-ci hesabat-seçki konfransında sədr seçilib və AR Ədliyyə Nazirliyi bunu və 3 illik müddəti təsdiq edib:
"Hazırda AQC sədrinə məxsus olmalı olan bütün sənədlər, möhür və qanuni təmsilçilik statusu məndədir. Paylaşdığım ilk foto 2022-ci ildəki konfransdandır.Həmin konfransa qədər AQC-də 40 şirkət var idi və konfransda 60 nümayəndədən 57-si səsvermədə iştirak etmişdi. 34 səslə AQC sədri seçildim və alternativim Nüsrət İbrahimov 23 səs aldı. İkinci paylaşdığım şəkil isə bir neçə gün öncə çəkilib. Narazı qrupun “konfransı” əslində baş tutmayıb. Belə ki, sədrliyim dövründə AQC-də şirkətlərin sayı 60-ı örüb. Bu şirkətlərdən yalnız 1/3 tədbirə qatılıb, özünü sədr elan edən dostumuz cəmi 20 səs alıb. 11 səslə sədr müavinləri seçilib. Yəni hər şey göz qabağındadır".
Vüqar Oruc deyib ki, daha detallı məlumat iyulun 22-də AQC-nin rəsmi email ünvanından veriləcək:
"Bu müraciətimin məqsədi ortada bir oyunun və saxtakarlığın olmasını diqqətinizə çatdırmaqdır. Oyun AQC-nin Qiymətləndiricilər Palatasının təsis edilməsi öncəsi zəuf duruma salmaqdır. Onu da qeyd edim ki, AQC sədri kimi hazırda görüşlərin və fəaliyyətim davam edir, belə olan halda əsassız şəkildə başqa bir şəxsi mediadakı məlumatlarda bu qismdə təqdim etmək etik deyildir. Qarşı tərəfin yeni assosiasiya yaratmaq hüququ var, buna hörmətlə yanaşıram, hətta bu istiqamətdə dəstək verməyə, qeydiyyatı üçün hüquqi kömək göstərməyə də hazıram".
Süleyman