Qafqaz Tarixi Mərkəzi-Türkiyə Təmsilçisi, Türk DEGS Qafqaz üzrə eksperti, ehtiyyatda olan polkovnik Akif Qasımov
İstanbul Topkapı Universitetinin professor-müəllim heyəti və magistratura tələbləri ilə Xəzər dənizinin hüquqi statusu haqqında on-line seminarla çıxış edib.
On-line seminarın təşkilatçıları Topkapı Universiteti Türk DEGS Araşdırma Direktoru Şafak YILDIRIM və kademeli Uzmanı Beyzanur BURUK xanımdır.
Seminarda Xəzər dənizinin sahilyanı dövlətləri, fiziki-coğrafi xassələri, “Xəzər dənizinin hüquqi statusu haqqında” 2018-ci il avqustun 12-də Aktau şəhərində imzalanmış Konvensiyanın müddəaları, Xəzər dənizinin strateji və ekonomik önəmi barədə məlumat verib.
Daha sonra hörmətli zabitimiz öz çıxışında Ulu Öndər Heydər Əliyevin Azərbaycanın neft-qaz sahəsindəki strategiyası, “Əsrin müqaviləsi” və Xəzər dənizinin sülh dənizinə çevrilməsi istiqamətində mühüm rolunu vurğulayıb.
Seminarın sonunda iştirakçıları maraqlandıran suallara cavab verilib.
Qeyd edək ki, seminarın informasiya dəstəkçisi Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin “Diaspornews.az” saytıdır.