Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatında təsis olunmasının 31 illiyi qeyd olunub. Tədbirdə YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, partiyanın rayon təşkilatının əməkdaşları, icra nümayəndələri, veteranlar, rayonun ictimai- siyasi həyatında fəal iştirak edən məktəb direktorları iştirak ediblər.
Newscenter.az xəbər verir ki, tədbir Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış sözü ilə açan YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov partiyanın yaranma tarixinə və fəaliyyətinə nəzər salıb. Bildirib ki, 1993-cü ildə Azərbaycanda ictimai siyasi vəziyyət gərgin xarakter almışdı. Bir tərəfdən mərkəzi hökumətin Azərbaycana qarşı mənfi münasibəti, digər tərəfdən isə Ermənistanın vəziyyətdən sui-istifadə edərək ölkəmizə qarşı ərazi iddiaları ilə çıxış etməsi və silahlı hücuma başlaması vəziyyəti daha da gərginləşdirdi.
Azərbaycan xalqı bu vəziyyətdən çıxış yolunu yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışında görürdü. Xalqın ziyalıları o dövrdə Naxçıvanda yaşayan Heydər Əliyevə müraciət etdilər və partiya yaradılması qərara alındı. Heydər Əliyevin siyasi nüfuzu o qədər böyük idi ki, YAP yarandıqdan qısa müddət sonra hakimiyyətə gəldi.
Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov çıxışında diqqətə çatdırıb ki, 1993-cü ilin iyununda ölkədəki ictimai-siyasi vəziyyət daha ağırlaşmışdı və xalq təkidli tələblə Heydər Əliyevin hakimiyyətə qayıtmasını tələb etdi. Ulu Öndər hakimiyyətə qayıtdıqdan sonra ilk olaraq atəşkəs rejimi yaradıldı, ictimai-siyasi sabitlik yaradıldı və iqtisadi inkişafın əsası qoyuldu.
Hazırda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Qarabağı erməni işğalından azad edib. Bu Qələbənin əsasını Heydər Əliyev Azərbaycanı inkişaf etdirərək yaratmışdı.
Sonra YAP-ın veteran üzvü Abbasqulu Bağırov çıxış edərək partiyanın keçdiyi çətin yola nəzər salıb.
Süleyman