Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda azad söz, fikir azadlığının təmin olunması dövlətin əsas prioritetlərindən biridir

Azərbaycanda azad söz, fikir azadlığının təmin olunması dövlətin əsas prioritetlərindən biridir


"149 yaşlı Azərbaycan mətbuatı bu illər ərzində şərəfli bir yol qət edib. Dahi mütəfəkkir Həsən bəy Zərdabinin təsis etdiyi "Əkinçi" qəzeti ilə əsası qoyulan Azərbaycan Milli Mətbuatı bu gün dövlətin. dövlət başçısının diqqət və qayğısı ilə əhatələnib. Ulu Öndərimiz Heydər Əliyev tərəfindən mətbuata göstərilən diqqət və qayğı günümüzdə Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir".

Bu fikirləri Newscenter.az-a "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı Milli Mətbuatın 149 illiyindən danışarkən səsləndirib. O bildirib ki, Azərbaycan mətbuatı da öz növbəsində dövlətin, dövlət başçısının diqqət və qayğısının qarşılığını dövlətə və dövlətçiliyə xidmət etməklə verir:

"Dövlət, dövlət başçısı hər zaman mətbuatın yanında olduğu kimi, mətbuat da bir qayda olaraq dövlətin, dövlətçiliyin keşiyində durur. Elə 44 günlük Vətən müharibəsi zamanı da Azərbaycan mətbuatı ölkəmizə qarşı xaricdən yönəlmiş informasiya savaşına qarşı çox ciddi mübarizə aparmış oldu".

Arzuman Muradlı deyib ki, Azərbaycanda azad söz, fikir azadlığının təmin olunması dövlətin əsas prioritetlərindən biridir və bu prinsiplərin daha da inkişaf etdirilməsi üçün zaman-zaman lazımı addımlar atılır.

Süleyman
Xəbəri paylaş