Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ədalət Partiyası 8 dairədən namizəd irəli sürür

Ədalət Partiyası 8 dairədən namizəd irəli sürür


Ədalət partiyası sentyabrın 1-də keçiriləcək parlament seçkilərində iştirak etmək barədə qərar qəbul edib. Bu barədə Newscenter.az-a partiya sədrinin təşkilatı məsələlər üzrə müavini Mütəllim Rəhimli məlumat verib.

Onun sözlərinə görə, davamlı müzakirələr nəticəsində qərara alındı ki, Ədalət partiyası seçkilərə qoşulsun:

“Ali Məclisin iclasında fərqli fikirlərə və arqumentlərə baxmayaraq partiyanın seçkilərə qoşulması və öz namizədlərini irəli sürməsi məqbul hesab edilib”.

Mütəllim Rəhimli daha sonra bunları qeyd edib:

"İlkin mərhələdə partiyadan aşağıdakı şəxslərin namizədliyi irəli sürülüb:

1. Xudiyev Vəli Ağalar oğlu - 13 saylı Xəzər ikinci Seçki Dairəsi
2. Dadaşova Vüsalə Valeh qızı - 15 saylı Yasamal birinci Seçki Dairəsi
3. Rəhimov Mütəllim Qara oğlu - 17 saylı Yasamal üçüncü Seçki Dairəsi
4. Kərimov Xətai Nadir oğlu - 31 saylı Suraxanı ikinci Seçki Dairəsi
5. Şıxməmmədov Əfrayıl Rəfayıl oğlu - 87 saylı Qobustan - Şamaxı – İsmayıllı Seçki Dairəsi
6. Qurbanov Elçin İbad oğlu - 105 saylı Tovuz - Gədəbəy Seçki Dairəsi
7. Quliyev Famil Vəli oğlu - 107 saylı Tovuz - Qazax – Ağstafa Seçki Dairəsi
8. Məhərrəmli Çingiz Məmmədəli oğlu - 109 saylı Qazax Seçki Dairəsi"

Onu da qeyd edək ki, Ədalət partiyasının sədri İlyas İsmayılov, Ali Məclisin sədri Meydan Babayev, partiya sədrinin siyasi məsələlər üzrə müavini Elxan Şükürlü seçkilərdə namizədliklərini verməyiblər.

Partiyadan verilən məlumata görə artıq MSK-da partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb və namizədlərin sənədləri müvafiq dairə seçki komissiyalarına təqdim olunub.

Süleyman
Xəbəri paylaş