Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fransa regionda gərginlik yaratmaq istəyir

Fransa regionda gərginlik yaratmaq istəyir


"Fransa birmənalı olaraq Cənubi Qafqazda gərginlik yaratmağı hədəfləyib. Bu günlərdə bu ölkəyə məxsus hərbi təyyarənin Ermənistana gəlməsi onu deməyə əsas verir ki, Paris İrəvanın silahlandırılmamasını davam etdirir".

Bu fikirləri Newscenter.az-a politoloq Elvin Babayev səsləndirib. O bildirib ki, Fransanın, daha dəqiq desək Makronun əsas istəyi Azərbaycanla Ermənistan arasında yeni bir hərbi qarşıdurmaya rəvac verməkdir:

"Təəssüflər olsun ki, Ermənistan da Fransanın bu oyununa gedir. Sülh müqaviləsinin imzalanmasının Ermənistan tərəfindən yubadılması da bunun əyani sübutudur".

Elvin Babayev deyib ki, regionda yeni bir müharibənin başlaması Ermənistanın bir dövlət kimi varlığını sual altında qoya bilər:

"Yaxşı olar ki, bu reallığı erməni xalqı və Ermənistan hakimiyyəti dərk etsin".

Anar Əliyev
Xəbəri paylaş