İran Fars körfəzində tanker ələ keçirib.
Newscenter.az Reuters-ə istinadən bildirir ki, İran İnqilab Keşikçiləri Korpusu Fars körfəzində yanacaq qaçaqmalçılığı səbəbi ilə Toqo bayrağı altında üzən neft tankerini ələ keçirdiklərini açıqlayıb.
İnqilab Keşikçiləri Ordusu Dəniz Qüvvələrinin İkinci Regional Komandanlığından verilən açıqlamaya görə, Buşehr sahillərində 1,5 milyon litrdən çox qaçaq yanacaq daşıdığı təsbit edilən Toqo bayraqlı neft tankeri ələ keçirilib.
Məhkəmənin qərarı ilə tanker Hindistan və Şri-Lanka vətəndaşları olan 12 ekipaj üzvü ilə birlikdə Buşehr sahillərinə aparılıb.
Anar Əliyev