Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İraq və Suriyanın şimalında daha 7 terrorçu zərərsizləşdirildi

İraq və Suriyanın şimalında daha 7 terrorçu zərərsizləşdirildi


Türkiyə Silahlı Qüvvələri İraq və Suriyanın şimalında terror qruplaşmalarına qarşı uğurlu əməliyyatını davam etdirir.

Newscenter.az Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən bildirir ki, bu çərçivədə İraq və Suriyanın şimalında 7 terrorçu zərərsizləşdirilib.

Nazirliyin yaydığı məlumatda bildirilib ki, İraqın şimalındakı Asos bölgəsində 3 PKK terrorçusu, Suriyanın şimalında isə Fərat Qalxanı və Zeytun Budağı bölgələrində aşkarlanan 4 PKK/YPG terrorçusu zərərsizləşdirilib. Həmçinin, terrorçuların sığındığı mağaralar da məhv edilib.

Anar Əliyev
Xəbəri paylaş