13-15 sentyabr 2024 cü il tarixində Bakı şəhərində keçirələcək " Formula 1" yarişları zamanı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti qarşısında duran öhdəliklərin icrası, planlamalar, mövcud vəziyyətin qiymətləndirilməsi, görüləsi işlərlə bağlı fəaliyyət planının hazırlanması məqsədilə yaradılan komissiyanın və işçi qrupunun iclası keçirilib.
Newscenter.az xəbər verir ki, Xidmətin müavinləri – komissiya sədri Tahir Xəlilov, sədr müavini İlqar Tağıyev, komissiyanın və işçi qrupunun üzvlərinin iştirakı ilə keçirilən iclasda fəaliyyət planında əksini tapmalı olan nüanslar üzrə fikir mübadiləsi aparılıb, təkliflər irəli sürülüb, tapşırıqlar verilib.
Süleyman