Bütün dövlətlər Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin (NPT) əsas dəyərlərini qorumaq və effektivliyini təşviq etmək öhdəliyinə malikdirlər.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Rusiya və Belarus nümayəndə heyətlərinin Cenevrədə NPT üzrə İcmal Konfransının Hazırlıq Komitəsinin sessiyasında təqdim olunan birgə bəyanatında deyilir.
“Müqavilənin əsas dəyərlərinin qorunub saxlanılması və onun effektivliyinin artırılması təkcə bütün iştirakçı dövlətlərin məsuliyyəti deyil, həm də qlobal miqyasda sabitliyin qorunması üçün prioritetlərdən biridir”,-deyə açıqlamada qeyd olunur.
İki ölkənin nümayəndə heyətləri dünya ictimaiyyətini NPT-nin bütövlüyü, onun hər üç əsas komponentinin - nüvə silahının yayılmaması, atom enerjisindən dinc məqsədlərlə istifadə edilməsi və tərksilahın bərabər əhəmiyyətindən çıxış etməyə çağırıblar.
Anar Əliyev