23 iyul, Birinci Qarabağ Müharibıəsi zamanı Ağdamın ermənilər tərəfindən işğalı günüdür.
Newscenter.az xatırladır ki, 1993-cü ilin əvvəllərində Azərbaycanda hakimiyyət boşluğu, qeyri-qanuni nizamsız silahlı dəstələrin tabesizliyi və başıpozuq hərəkətindən istifadə edən ermənilər Ağdamı işğal etmək planını reallaşdıra bilirlər.
O zamankı Azərbaycan Ordusunun və könüllü dəstələrin müdafiəsinə rəğmən 23 iyul tarixində düşmən Ağdamın böyük bir hissəsini işğal etməyə nail olur. İşğal dövründə ermənilər Ağdamdakı bütün tarixi-mədəni abidələri, yaşayış məskənlərini vandalcasına dağıdır. Təsadüfi deyil ki, bu vəhşiliklərə görə, Ağdam Qafqazın Xirosiması adlandırılırdı.
44 günlük Vətən müharibısində Azərbaycanın Müzəffər Ordusunun uğurlu əməliyyatları düşməni təslim olmağa və Ağdamı bir güllə atmadan azad etməyə məcbur edir.
Anar Əliyev