Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sabah Flora Kərimovanın ad günüdür

Sabah Flora Kərimovanın ad günüdür


Sabah Azərbaycanın estrada, muğam və opera müğənnisi, aktrisa, Azərbaycan Respublikasının xalq artisti Flora Kərimovanın doğum günüdür.

Newscenter.az xatırladır ki, Flora Kərimova 23 iyul 1941-ci ildə. Bakı şəhərində anadan olub.

O, fəaliyyətinə 13 yaşından bədii özfəaliyyət kollektivlərində başlayıb. Flora Kərimova həmin tarixdən Azərbaycan Dövlət Filarmoniyasında və digər mədəniyyət saraylarında, dövlət tədbirlərində çıxış edib. 1950-ci illərdən Azərbaycan Dövlət Tibb İnstitutunun "Çinar" rəqs ansambllında, 1960-cı illərdə Azərbaycan Teleradio Verilişləri Şirkətinin və Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. 1964-cü ildə Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunu (indiki Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci) bitirib.

2021-ci il 31 iyul tarixində Flora Kərimova "Şərəf" ordeninə layiq görülüb.

Nərgiz Əzizova
Xəbəri paylaş