Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ŞKTC parlamentinin sədri: Türk dövlətləri arasında müştərək hərbi saziş imzalanmalıdır

ŞKTC parlamentinin sədri: Türk dövlətləri arasında müştərək hərbi saziş imzalanmalıdır


Türk dövlətləri arasında müştərək hərbi saziş imzalanmalıdır.

Newscenter.az xəbər verir ki, bunu Şimali Kipr Türk Cümhuriyyəti ( ŞKTC) parlamentinin sədri Zorlu Töre deyib.

O bildirib ki, bu təşəbbüsün gerçəkləşməsinə ciddi ehtiyac var: “Azərbaycan ordusu Qarabağda düşməni diz çökdürdü. Birləşsək, kimsə qarşımızda dayana bilməz”.

Z.Törenin fikrincə, Kipr yunanları ilə türklərin bir federasiya daxilində birləşmələri mümkün deyil:

“Necə ki bu, Türkiyə və Yunanıstan, Azərbaycan və Ermənistan, Rusiya və Ukrayna üçün də mümkün deyil. Biz iki fərqli dövlət olaraq öz gələcəyimizi qurmağa məcburuq”.

Parlament sədrinin sözlərinə görə, yaxın vaxtlarda daha iki ölkə Şimali Kiprin müstəqilliyini tanıyacaq.(report)
Xəbəri paylaş