Türkiyədən İraqa yenidən elektrik enerjisi ixracı başlayıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar deyib.
"İnkişaf Yolu Layihəsi ilə bölgəmizin firavanlığına və sülhünə töhfə verəcəyimiz qonşumuz İraqa dünəndən etibarən elektrik enerjisi ixracına yenidən başladıq",-deyə nazir bildirib.
Qeyd edək ki, bir müddət əvvəl Türkiyədən İraqa elektrik enerjisi ixracı dayandırılmışdı.
Mehman Mehdiyev