ABŞ Məxfi Xidmətinin rəhbəri Kimberli Çitl başçılıq etdiyi qurumun ABŞ prezidentliyinə namizəd Donald Trampa sui-qəsdin qarşısını ala bilməməsinə görə istefa verib.
Newscenter.az xəbər verir ki, bu barədə CNBC məlumat yayıb.
Daha əvvəl Kimberli Çitl Nümayəndələr Palatasının Nəzarət və Hesabat Komitəsində keçirilən dinləmələrdə sui-qəsdi Məxfi Xidmətin “böyük uğursuzluğu” adlandırıb və bunun qarşısını almağın mümkün olduğunu etiraf edib. Dinləmələrdə iştirak edən bəzi qanunvericilər açıq şəkildə onu istefa verməyə çağırıblar.(report)