Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

CHP-nin parolları PKK-nın əlindədir

CHP-nin parolları PKK-nın əlindədir


"CHP-nin parolları PKK-nın əlindədir".

Newscenter.az xəbər verir ki, bunu Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı deyib. Partiya sədri deyib ki, Türkiyənin parçalanması ilə bağlı qapalı əməkdaşlıq edən və siyasi ortaqlıq quran Cümhuriyyət Xalq Partiyası demokratiyamıza ləkələr vurur:

"CHP milli birlik və qardaşlıq qanunumuzu pozur. Siyasi gələcəyini terrorçu Dəmirtaşla Saroşçu Kavalaya bağlayanlar nə millətçilikdən, nə də milli namusumuzu qorumaqdan danışa bilməzlər".

MHP lideri, "Türk milləti köksüz və bədxah ekstremistlərİ görür. Bu səbəbdən imperializmin içimizdə dərin kök salmış piyadaları mütləq sındırılacaq, oyunları pozulacaq, xəcalət və məğlubiyyətə düçar olacaqlar",-deyə bildirib.

Anar Əliyev
Xəbəri paylaş