"İlin sonuna kimi dərmanların qiymətinin artacağını deyə bilmərik. Amma hər şey iqtisadi vəziyyətdən asılı olacaq. Çünki pərakəndə ticarət rəqabət mühitidir. Biz bunu tam tənzimləyə bilmirik".
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bunu səhiyyə naziri Akmaral Alnazarova dərmanların qiymətinin qalxacağı barədə yayılan xəbərlərə münasibət bildirərkən səsləndirib.
Nazir deyib ki, hazırda sosial əhəmiyyət kəsb edən dərmanların maksimal qiyməti müəyyən edilib. Lakin nazirlik bütün apteklərə nəzarət edə bilmir:
"Amma dərmanların qiymətlərinin dövlət tərəfindən tənzimlənməsinin dayandırılması işinə də başlanılıb. Bu gün xüsusi yol xəritəsi də var. Ötən il 302 dərman vasitəsinin qiymətinin tənzimlənməsi tədbirləri həyta keçirilib".
Nərgiz Əzizova