Avropa İttifaqının Kopernik İqlim Dəyişikliyi Xidmətinin ilkin məlumatlarına görə, iyulun 21-i dünya miqyasında tarixdə ən isti gün kimi qeydə alınıb.
Newscenter.az Röytersə istinadən bildirir ki, həmin tarixdə dünya üzrə səth havasının orta temperaturu 17,09 dərəcə Selsi olaraq ölçülüb.
Bu dəyər ötən ilin iyulunda qeydə alınmış 17,08 dərəcə Selsi rekordunu üstələyib.
Son bir həftə ərzində ABŞ, Avropa və Rusiyanın böyük hissələri həddindən artıq isti dalğaları ilə qarşılaşıb.
Mehman Mehdiyev