Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İqbal Səfərov da namizədliyini irəli sürdü

İqbal Səfərov da namizədliyini irəli sürdü


Dövlət Gömrük Komitəsinin əməkdaşı İqbal Səfərov da növbədənkənar parlament seçkilərində mübarizə aparacaq.

Newscenter.az xəbər verir ki. bu barədə onun özü məlumat verib. Bildirib ki, namizədliyini 14 saylı Xəzər-Pirallahı seçki dairəsindən irəli sürüb. İqbal Səfərov bunları qeyd edib:

"Sentyabr ayının 1-də keçiriləcək Parlament seçkilərinə mən də qoşuldum. Vətən Müharibəsindən əvvəl bir müddət Amerikada və Kanadada yaşadım. Şükürlər olsun ki, Ali Baş Komandanın rəhbərliyi altında Vətən torpaqlarımızın azad olunması əməlliyyatlarında iştirak etmək bir zabit kimi mənə də qismət oldu. Bu şanlı tarixin parçası olmaq, bütün Azərbaycan övladları kimi, mənim üçün də şərəfli və heç vaxt unudulmayacaq bir hadisədir.

Zəfər qazandıqdan sonra dövlətimizin bizlərə göstərdiyi qayğının nəticəsi olaraq, yenidən əvvəlki işimə bərpa olundum və bu günə qədər də xidmətimi yüksək səviyyədə davam etdirirəm.

Missiyamız davam edir. Vətənimizə, dövlətimizə xidmət etmək bundan sonra da mənim ən ülvi və əsas məqsədlərimdən biridir".

İqbal Səfərov onu da deyib ki, seçkidə iştirak qərarını vermək elə də asan olmayıb:

"Çox düşündüm. Məni tanıyanlar bilir ki, bu günə qədər statusumdan heç bir vaxt istifadə etməmişəm. Bundan sonra da elə bir düşüncəm yoxdur. Vətəni qorumaq borcdur. Mən də bunu belə öyrənmiş bu və şəkildə böyümüşəm.

Məhz insanlarımız tərəfindən yanlış anlaşılmaqdan çəkindiyim üçün qərar vermək həqiqətən də asan olmadı.

Seçkiyə sadə bir vətəndaş kimi qatılıram. Nəyi isə əldə bayraq etmək, zənnimcə, çirkinlikdir. Mənə etimad ediləcəksə, insanlar mənə səs verəcəklərsə, olduğum kimi, bu halımla etimad göstərsinlər. Sadə bir Azərbaycan övladı kimi.

Vətənimizə, dövlətimizə, xalqımıza xidmət etmək mənim üçün şərəfdir. Bundan yalnız qürur duyaram.

Mən əsrlərdir torpaq itirə-itirə gələn Azərbaycanımızın bu gedişatına dur deyən və Qarabağ kimi bir yaramızı sağaldan, bu Vətən parçasını təkcə xalqımıza deyil, bütün türk dünyasına, hətta bütün müsəlman aləminə hədiyyə edən, torpaqlarımızı bütövləşdirərək hər kəsə qucaq açan bir Komandanın əsgəriyəm. Düşünürəm ki, buna uyğun da hərəkət etməliyəm. Ayrı-seçkilik etmədən, hər hansı bir statusu olan və ya olmayan, hər bir fərdimizi qucaqlayaraq".

Onun sözlərinə görə. qarşıda xeyli sayda tale yüklü məsələlər var ki, saymaqla bitməz:

"İstəyirəm ki, bu çətin, məsuliyyətli proseslərdə mən də iştirak edim, dövlətimizin yanında dayanım. Potensialıma inanıram, özümə güvənirəm. Missiyamın bitmədiyini də bilirəm.

Ümid edirəm və inanıram ki, mənə də etimad göstərəcək, ölkəmizin inkişafında iştirak etmək arzumun gerçəkləşməsinə şərait yaradacaqsınız.

İnsanlarımızı seçkilərə getməyə, münasib bildikləri namizədə səs verməyə səsləyirəm. Başa düşürəm, tətildir, havalar istidir. Asan deyil. Amma seçkilərdə aktivlik göstərmək, fəallıq etmək lazımdır. Bu, kiməsə deyil, bütövlükdə Azərbaycana lazımdır.
Seçkilərdə iştirak edəcək hər bir şəxsə ürəkdən uğurlar arzu edirəm.

Sonda bildirmək istəyirəm ki, şəxslər önəmli deyil. Dövlətimiz qazansın! Azərbaycan qazansın!".

Süleyman
Xəbəri paylaş