Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İran Qərblə danışıqları bərpa edir

İran Qərblə danışıqları bərpa edir


İranın yeni hakimiyyəti Qərblə danışıqlara maraqlı görünür və çox güman ki, tezliklə tərəflər arasında danışıqlar yenidən baş tutacaq.

Newscenter.az-ın xəbərinə görə, politoloq Məhəmməd Əsədullazadə deyib ki, İranın yeni adminstrasiyası nüvə sazişinə qayıtmaq və danışıqları bərpa etməyə hazırdı. Onun sözlərinə görə, İranla Altılıq ölkələri arasında imzalanmış "Hərtərəfli Fəaliyyət" planına əsasən İran Uranın zənginləşdirilməsini dayandırır və sanksiyalar aradan götürülür:

"ABŞ prezidenti seçilən D. Tramp 2017-ci ildə bu sazişdən birtərəfli şəkildə çıxıb. İranın yeni prezidenti M. Pezeşkian baş məsləhətçisi, sabiq xarici işlər naziri C. Zərif yenidən danışıqlara hazır olduqlarını elan edib.

Qərblə danışıqları yenidən C. Zərif aparacaq. Əgər, ABŞ prezidenti D. Tramp seçilərsə, İranla danışıqlar baş tutmayacaq. Çünki İsrail danışıqların əleyhinədir. D. Tramp İsrailin maraqlarından çıxış edir. İranın ABŞ-la nüvə danışıqları sual altındadır".

Süleyman
Xəbəri paylaş