Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İraq Kürdüstan Regionunun rəhbər şəxsləri COP29-a dəvət edilib

İraq Kürdüstan Regionunun rəhbər şəxsləri COP29-a dəvət edilib



Azərbaycan Respublikasının İraq Respublikasında fövqəladə və səlahiyyətli səfiri Nəsir Məmmədov ölkənin Ərbil şəhərinə səfəri çərçivəsində bir sıra görüşlər keçirib.

Newscenter.az xəbər verir ki, bu barədə diplomat “X”də paylaşım edib.

“Bu gün Ərbil şəhərinə səfər çərçivəsində region başçısı (İraq Kürdüstan Regionu - Qeyd) cənab Neçirvan Bərzaniyə ünvanlanmış COP29-a dəvət məktubunu region başçısı administrasiyasının rəhbəri Fauzi Həririyə, İKR baş naziri cənab Məsrur Bərzaniyə isə ünvanlanmış dəvət məktubunu regionun xarici əlaqələr departamentinin rəhbəri Safin Dizayiyə təqdim etdim”, - paylaşımda bildirilib.

Bundan əvvəl Azərbaycan səfiri Ərbildə Türkiyənin baş konsulu ilə görüşüb.

Anar Əliyev
Xəbəri paylaş