Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev məzuniyyətə çıxıb.
Newscenter.az xəbər verir ki, bu barədə Akorda.kz məlumat yayıb. Qazaxıstan prezidentinin mətbuat xidmətinə istinadən yayılan xəbərdə Qasım-Jomart Tokayevin qısamüddətli məzuniyyətə olacağı bildirilib.
Məlumata görə,Tokayevin məzuniyyət müddəti iyulun 23-dən 26-dək davam edəcək. Lakin Qazaxıstan prezidentinin məzuniyyətini harada keçirəcəyi barədə məlumat verilməyib.
Mehman Mehdiyev