Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya 13 Yaponiya vətəndaşının ölkəyə girişini qadağan edib

Rusiya 13 Yaponiya vətəndaşının ölkəyə girişini qadağan edib


Rusiya Yaponiyanın ona qarşı sanksiyalarını cavabsız qoymayıb.

Newscenter.az TASS-a istinadən bildirir ki, Moskva 13 Yaponiya vətəndaşının ölkəyə girişini qadağan edib.

Söhbət əsas etibarilə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin prezidenti Tanaka Akihikodan, Toyota Motor İdarə Heyətinin sədri Toyoda Akiodan, Rakuten Korporasiyasının təsisçisi Mikitani Hiroşidən gedir.

Məlumatı Rusiya Xarici İşlər Nazirliyi də təsdiqləyib.

“Xüsusi hərbi əməliyyatla əlaqədar Yaponiyanın ölkəmizə qarşı davam edən sanksiyalarına cavab tədbirləri çərçivəsində Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin prezidenti Tanaka Akihiko, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin sədri Toyota Motor İdarə Heyəti Toyoda Akio, Rakuten korporasiyasının təsisçisi Mikitani Hiroşi və başqalarının ölkəyə girişinə qadağa tətbiuq edilib”, - deyə nazirlik bildirib.

Anar Əliyev
Xəbəri paylaş