Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sabah bu ərazilərin qaz təchizatında problemlər olacaq

Sabah bu ərazilərin qaz təchizatında problemlər olacaq


24.07.2024-cü il saat 10:00-dan etibarən təmir işləri ilə əlaqədar olaraq qaz təchizatı “Bahar” QTM-dən dayandırılacaq. İşlər başa çatanadək Suraxanı rayonu, Bahar və Dədə Qorqud yaşayış massivlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Newscenter.az "Azəriqaz"a istinadən bildirir ki, təmir- bərpa işləri eyni zamanda Binəqədi rayonu 7-ci Mikrorayon Abay Kunanbayev küçəsində və Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində də görüləcək. Bu baxımdan 24.07.2024-cü il saat 10:00-dan etibarən Binəqədi rayonunun Abay Kunanbayev, İlham Hacıyev, S.S.Axundov küçələrinin və Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Süleyman
Xəbəri paylaş