Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şavkat Mirziyoyev üçün özəl gün

Şavkat Mirziyoyev üçün özəl gün


Sabah Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev üçün özəl gündür. Belə ki, qardaş ölkə rəhbərinin doğum günü iyulun 24-nə təsadüf edir.

Newscenter.az xatırladır ki, Özbəkistan Respublikasının ikinci prezidenti kimi tarixə düşən Şavkat Mirziyoyev 1957-ci il, iyul ayının 24-də Özbəkistanın Cizzax vilayətinin Zaamin rayonunda anadan olub.

Şövkət Mirziyoyev 1992–1996-cı illərdə Daşkənd şəhəri Mirzə Uluqbəy rayonunun hakimi işləyib. 1996–2001-ci illərdə Cizak vilayət hakimi olub. 2001–2003-cü illərdə Səmərqənd vilayət hakimi vəzifəsində çalışıb.

Şövkət Mirziyoyev 11 dekabr 2003-cü ildə Özbəkistan Respublikasının Baş Naziri vəzifəsinə təyin olunub. 14 dekabr 2016-cı ildən Özbəkistan Respublikasının 2-ci Prezidentidir.

2021-ci ilin oktyabrında Şavkat Mirziyoyev yenidən Özbəkistan Respublikasının Prezidenti seçilib.

Anar Əliyev
Xəbəri paylaş