Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şuşa Qlobal Media Forumu da Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından mühüm rol oynadı

Şuşa Qlobal Media Forumu da Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından mühüm rol oynadı


"İyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda dünyanın aparıcı media, jurnalist təşkilatları rəhbərlərini, media, informasiya-kommunikasiya sahəsində nüfuzlu ekspertlərinin, tanınmış jurnalistlərin iştirakı dünyanın diqqətini yenə də Şuşaya yönəltdi. Belə ki, 50-yə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyinin, 3 beynəlxalq təşkilatın və 82 media qurumunun qatıldığı Forum gündəlikdə duran məsələnin aktuallığı baxımından kifayət qədər əhəmiyyətli və yadda qalan oldu. Xüsusilə də Prezident İlham Əliyevin çıxışında qaldırılan məsələlər həqiqətlərin dünyaya çatdırılması və ölkəmizlə bağlı dezinformasiyanın ifşası baxımından daha çox diqqət çəkdi".

Bu fikirləri Newscenter.az-a politoloq Yusif Bağırzadə səsləndirib. O bildirib ki. ölkə başçısının çıxışında səsləndirdiyi fikirlərə dünyanın müxtəlif aparıcı media qurumlarının geniş yer verməsi də bunun bariz sübutudur:

"Şübhə yoxdur ki, Prezidentin çıxışları hər zaman özündə müxtəlif ünvanlara ünvanlanmış mesajlarla zəngin olur. Bu dəfə də dövlət başçısının çıxışı öxündə ikili standartlara əsaslanan siyasət həyata keçirən dövlət və qurumlara konkret mesajları ehtiva etmiş oldu. Prezident qeyd etdi ki, natamam, qeyri-dəqiq və manipulyasiya edilmiş hesabatlar əsasən Qərbdən qaynaqlanır və bu cür yanaşma artıq gündəlik həyatımıza çevrilir. Təəccüblənirdik, məyus olurduq, indi isə biganə yanaşırıq. Vaxt keçdikcə Qərbdə siyasi dairələrdə reallıq daha çox üzə çıxır və Azərbaycana bərabər tərəfdaş kimi yanaşılır. Biz qarşılıqlı hörmət, qarşılıqlı anlayış, qarşılıqlı maraqların gözlənilməsi və uzun əsrlər boyu xalqlarımız arasında əlaqələrə əsaslanaraq münasibətləri formalaşdırırıq. Biz diqqətimizi xalqımıza, ölkəmizə yönəltdik, dedi-qodulara, Avropa Parlamentində və ya Avropa Şurasında hansısa bəyanatlara fikir vermədik".

Yusif Bağırzadə diqqətə çatdırıb ki, Prezident çıxışında ənənənvi olaraq 30 illik işğal və 44 günlük İkinci Qarabağ müharibəsinin reallıqlarına, bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin bütün ərazilərimizdə tam bərpa edilməsinə də toxundu:

"Çıxışında torpaqlarımızın azad edilməsi üçün Ermənistan liderləri ilə keçirdiyi görüşlərdən bəhs edən dövlətimizin başçısı bildirdi ki, əvvəlki iki prezident Azərbaycana qarşı, xüsusilə də Xocalıdakı soyqırımını törədənlərdən idi. Mənim üçün bu, xoşagəlməz hal idi ki, onlarla məcburi əl sıxışırdım. Ancaq mən bunu sülh və ərazilərimizin azad edilməsi naminə edirdim. Prezident olaraq mən bütün şəxsi hisslərimi, emosiyalarımı kənara qoymalı idim. Yəni, bu vəzifəni daşıyırsansa, emosiyalarını kənara qoyacaqsan. Həmin görüşlər ərazilərimizi bərpa etməyə bizə kömək etdimi?! Məncə, bəli, onların xeyri oldu. Ölkə Prezidenti bu mühüm məqamı da xüsusi qeyd etdi ki, əlbəttə, insan bəzən çətin qərarlar verməli olur. Şəxsən mən Qarabağı azad edərkən 17 il idi Prezident idim və lazım olsaydı, biz daha 17 il gözləyərdik ki, torpaqlarımızı azad edək. O zaman fərqi yoxdur kim Prezident olacaqdı. Bəlkə də bu hadisə 50 il sonra baş verəcəkdi. Yəni, burada insan eqoist olmalı deyil. Bu, mənimlə bağlı deyil. Fərq etməz, lider və prezident kimdir, bu, ləyaqət məsələsi idi".

Yusif Bağırzadə, "Prezident çıxışında ölkəmizin əldə etdiyi iqtisadi uğurlara da genş yer verdi. Ölkəmizin enerji sektorunda qazandığı uğurlardan, yeni əməkdaşlıq formatlarının yaradılması üçün mövcud imkanlardan danışan, eləcə də Azərbaycan qazının Avropaya nəqlinin iki dəfə artırılmasının əsas hədəflərimizdən olduğunu deyən ölkə başçısı 2027-ci ilin sonuna qədər Avropaya qaz ixracını 16 milyard kubmetrə çatdıracağımızın anonsunu verdu. Prezident qeyd etdi ki, bu resurslar da Avropaya əsasən mövcud nəqliyyat şəbəkəsi olan Cənub Qaz Dəhlizi, həm də onun interkonnektorları vasitəsilə ötürüləcək.

Ümumi olaraq qeyd edim ki, ölkəmizdə keçirilən hər bir beynəlxaq tədbir kimi 2-ci Şuşa Qlobal Media Forumu da Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından mühüm rol oynadı",-deyə vurğulayıb.

Süleyman
Xəbəri paylaş