Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ Hindistanda sanksiya tətbiq edə bilər

ABŞ Hindistanda sanksiya tətbiq edə bilər


Birləşmiş Ştatlar Hindistana sanksiya tətbiq edə bilər.

Newscenter.az-ın Röytersə-ə istinadən verdiyi məlumata görə, ABŞ Maliyyə Nazirliyi Hindistan banklarına xəbərdarlıq edib ki, Vaşinqton onlara qarşı Rusiya müdafiə-sənaye kompleksi (OPK) ilə əməkdaşlığa görə sanksiya tətbiq edə bilər.

“Biz bilirik ki, Rusiya ordusu mühüm malların, o cümlədən maşın və mikroelektronikanın idxalına arxalanır və onlar bu əməliyyatlar, eləcə də dəstək almaq üçün xarici maliyyə institutlarına müraciət edirlər. Hindistan bankları 30 gün ərzində ölkə biznesini ABŞ-ın anti-Rusiya məhdudiyyətləri barədə məlumatlandırmaq üçün tədbirlər görməlidir",-deyə xəbərdarlıqda qeyd edilib.

Mehman Mehdiyev
Xəbəri paylaş