İndoneziya Avrasiya İqtisadi İttifaqı ilə azad ticarət zonası yaratmağı düşünür.
Newscenter.az xəbər verir ki, bu barədə Avrasiya İqtisadi Komissiyasının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, iyulun 22-dən 24-dək İndoneziyanın Batu şəhərində Avrasiya İqtisadi İttifaqı ilə İndoneziya arasında ticarət sazişinin yaradılması üzrə danışıqların beşinci raundu keçirilib.
Danışıqların nəticələrinə görə, gələcək sazişin mətninin razılaşdırılmasında mühüm irəliləyiş əldə olunub. Danışıqlar prosesinin yekun şəkildə başa çatdırılması üçün zəruri olan növbəti addımlar müəyyən edilib.
Qeyd edək ki, İndoneziya ilə danışıqlara başlamaq qərarı 2022-ci ilin mayında Ali Avrasiya İqtisadi Şurası tərəfindən qəbul edilib. Danışıqların birinci, ikinci, üçüncü və dördüncü raundları müvafiq olaraq 2024-cü ilin aprel, iyul, dekabr və mart aylarında keçirilib.
Mehman Mehdiyev