"Ermənistanın xaricdən silahlar alınmasını inkişaf etdirməsi, real sülh danışıqlarından imtina etməsi ilə nəticələnə bilər. Fransadan Ermənistana silah tədarük edilir. Təkcə silahlar, deyil hərbi təlimatçılar bu silahların tətbiqi, şəxsi heyətin təlimləri, xüsusilə Azərbaycanla sərhəd xəttində döyüş aparmaq təlimləri keçirilir".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O bildirib ki, Ermənistan təkcə Fransayla deyil, Hindistanla 600 milyon dollarlıq silahlar alınmasi istiqamətində müqavilə imzalayıb:
"Ermənistanın hücum silahları alması, buna milyard dollarlar xərcləməsi Rusiyanın orbitindən çıxmağa hədəflənməyib. Ermənistan rəhbərliyi bir tərəfdən sülh deyir, digər tərəfdən silahlanır".
Politoloq deyib ki, Azərbaycan və Türkiyə ilə normallaşma prosesində maraqlı olan bir ölkə silahlanmamalidır:
"İki il ərzində Ermənistan silahlanıb, bu vaxta kimi sülh müqaviləsi bağlanmasa, Yerevan tərəfindən tam sülh danışıqları dayandırılacaq.
Qeyd edim ki, N. Paşinyanın hakimiyyətdə uzun illər qalması sual doğurur. Gürcüstandakı kimi hakimiyyət dəyişikliyi olarsa və Rusiyaya yaxın qüvvələr hakimiyyətə gələrsə, Azərbaycanla münasibətlərin kəskinləşməsi mümkündür. Ona görə də Azərbaycan Ermənistana ciddi təzyiqlər etməlidir. Türkiyənin də burada fəal siyasət yeritməsina ehtiyac var".
Məhəmməd Əsədullazadənin sözlərinə görə, Ermənistanın silahlanmasının qarşısını almaq, Zəngəzuru tam götürüb təhlükəsizlik zolaq yaratmağa ehtiyac ola bilər:
"Sülh müqaviləsinin 90 faizi razılaşdırılsa da, ortada hər hansı bir saziş yoxdur. Ermənistanla ikitərəfli danışıqlar prosesinə fasilə verilib".
Süleyman