Sabah Azərbaycan Respublikası ilə Sudan Respublikası arasında ikitərəfli münasibətlərin qurulduğu tarixdir.
Newscenter.az xatırladır ki, Azərbaycan ilə Sudan Respublikası arasında diplomatik əlaqələr 25 iyul 1992-ci ildə qurulub.
Bu günə qədər Azərbaycan Respublikası ilə Sudan Respublikası arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında 6 sənəd imzalanıb.
Sudan Respublikası Milli Assambleyasının xarici əlaqələr komitəsi 1 sentyabr 2014-cü il tarixində 1992-ci ilin fevralında Xocalı şəhərində mülki Azərbaycan əhalisinə qarşı Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş qətliamı soyqırım aktı və insanlığa qarşı cinayət kimi tanıyıb.
Anar Əliyev