Azərbaycanda damar cərrahiyyəsinin əsasını qoymuş alimlərdən biri olan Bəhram Aşurovun anım günüdür.
Newscenter.az xatırladır ki, Bəhram Aşurov 1 iyul 1943-cü ildə Qax rayonunda anadan olub. O, 1960-cı ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub və 1966-cı ildə institutu fərqlənmə diplomu ilə bitirib. 1964–1966-cı illərdə tələbə ikən Semaşko adına şəhər xəstəxanasının cərrahiyyə şöbəsində tibb qardaşı kimi işə başlayıb. İnstitutu bitirdikdən sonra 1966–1967-ci illərdə Mingəçevir şəhər xəstəxanasında cərrah işləyib.
O, 1986–1987-ci illərdə Bakı şəhər Baş Tibb idarəsinin baş cərrahı vəzifəsində çalışıb. Şəhər klinikalarında təcrübi cərrahlığın elmi əsaslar üzərində qurulması üçün xeyli səylər göstərib. Bəhram Aşurov Ümumi cərrahlıq fənninin tədris planını xeyli təkmilləşdirmiş və tədrisin keyfiyyətini yüksəltməyə nail olub.
Professor Bəhram Aşurov Azərbaycan respublikasında damar cərrahiyyəsinin əsasını qoyanlardan biri olub.
Anar Əliyev