"Azərbaycanın siyasi və iqtisadi müstəqillik yolunda nailiyyətlərinin qarşısının alınacağına ümid bəsləyənlər yanılır. Çünki ölkəmizin başçısı cənab Prezident İlham Əliyevin həyata keçirdiyi fəal siyasət buna imkan vermir".
Newscenter.az xəbər verir ki, bunu YAP üzvü Rüstəm Nağıyev deyib. Onun sözlərinə görə Cənab Prezidentin qeyd etdiyi kimi, Azərbaycan bəlkə yeganə ölkədir ki, bizim regionumuzda və postsovet məkanında Avropa İttifaqı dövlətləri ilə, Avropa İttifaqının 10 üzvü ilə strateji tərəfdaşlıq haqqında bəyannamələr qəbul edib və imzalayıb:
"Avropa İttifaqının 10 üzvü Azərbaycanın strateji tərəfdaşıdır. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının, “OPEC Plus” formatının üzvü kimi neft hasil edən ölkələrlə fəal iş aparır. Eyni zamanda “yaşıl dünya naminə həmrəylik” siyasətinin həyata keçirilməsi də göstərir ki, ölkəmiz bəşəri dəyərlərə, planetmizin, atmosferin qorunmasına diqqətlidir".
Anar Nağıyev