Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İtaliyaya məxsus təyyarə qəzaya uğrayıb

İtaliyaya məxsus təyyarə qəzaya uğrayıb


İtaliya Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarəsi Avstraliyada qəzaya uğrayıb.

Newscenter.az Röytersə istinadən bildirir ki, Eurofighter Typhoon tipli döyüş təyyarəsi Avstraliyada təlim zamanı qəzaya uğrayıb.

İtaliya Müdafiə Nazirliyinin rəsmiləri də ölkənin şimalındakı Darvin şəhərində keçirilən çoxmillətli “Pitch Black 24” hərbi təlimi zamanı Hərbi Hava Qüvvələrinə məxsus Eurofighter Typhoon tipli döyüş təyyarəsinin qəzaya uğradığını təsdiqləyiblər.

Səlahiyyətlilər pilotun paraşütlə tullanaraq sağ qaldığını və səhhətinin yaxşı olduğunu qeyd edərək, təyyarənin qəzaya uğrama səbəbinin hələlik məlum olmadığını bildiriblər.

Mehman Mehdiyev
Xəbəri paylaş