Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezidentin köməkçisi Anar Ələkbərov Yaponiyanın Azərbaycandakı səfiri ilə görüşüb

Prezidentin köməkçisi Anar Ələkbərov Yaponiyanın Azərbaycandakı səfiri  ilə görüşüb


Prezidentin köməkçisi Anar Ələkbərov Yaponiyanın Azərbaycandakı səfiri Katsuya Vatanabe ilə görüşüb.

Newscenter.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, ölkəmizin “Osaka, Kansai Ekspo 2025” üzrə baş komissarı Anar Ələkbərov və Yaponiyanın Azərbaycandakı səfiri Katsuya Vatanabenin görüşündə “Osaka, Kansai Ekspo 2025” dünya sərgisində iştirakla bağlı məsələlər müzakirə edilib.

Bildirilib ki, 2025-ci il aprelin 13-dən oktyabrın 13-dək davam edəcək Ekspo sərgisində ölkəmiz Heydər Əliyev Mərkəzinin dəstəyi ilə hazırlanan pavilyonla təmsil olunacaq. Ekspo çərçivəsində bir sıra tədbirlər, o cümlədən Azərbaycan Milli gününün təşkili nəzərdə tutulur.

Danışıqlar zamanı bu il noyabr ayında Azərbaycanda keçiriləcək COP29-da Yaponiyanın iştirakı məsələsi də diqqətdə olub.

Süleyman
Xəbəri paylaş