Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tahir Budaqovla MDB PA-nın uzunmüddətli müşahidə missiyasının üzvləri arasında görüş keçirilib

Tahir Budaqovla MDB PA-nın uzunmüddətli müşahidə missiyasının üzvləri arasında görüş keçirilib


İyulun 24-də Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasının (MDB PA) təşəbbüsü ilə Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovla MDB PA Şurası Katibliyinin rəhbərinin müavini, MDB PA yanında Demokratiyanın, parlamentarizmin inkişafı və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun (DİMBİ) direktoru İvan Muşket və 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar MDB PA-nın uzunmüddətli müşahidə missiyasının digər üzvləri arasında onlayn formatda görüş keçirilib.

Newscenter.az xəbər verir ki. görüş təklifinin qəbul edilməsinə görə təşəkkürünü bildirən İvan Muşket MDB PA-nın uzunmüddətli müşahidə missiyasının tərkibi və fəaliyyəti haqqında məlumat verib, missiyanın öz işini dövlətlərin suverenliyinə hörmət və daxili işlərinə qarışmama, obyektivlik və qərəzsizlik prinsipləri, həmçinin MDB-yə üzv dövlətlərdə demokratik seçkilərin standartları, seçki hüquq və azadlıqları haqqında Konvensiya əsasında qurduğunu bildirib.

O, müşahidə missiyasına rəhbərliyin Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskinə həvalə olunduğunu və fəaliyyətlərinin seçkilərin keçirildiyi ölkənin müvafiq dövlət qurumları, siyasi partiyaları, namizədlərin seçki qərargahları və media qurumları ilə əlaqəli şəkildə həyata keçiriləcəyini vurğulayıb. Seçki prosesinin iştirakçıları ilə ilk görüşün Yeni Azərbaycan Partiyasının nümayəndələri ilə keçirildiyini söyləyən İ.Muşket diqqətə çatdırıb ki, görüşün məqsədi Azərbaycanda seçkiqabağı vəziyyət və YAP-ın seçkilərə hazırlığı barədə məlumat əldə etməkdir.

YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Azərbaycanın demokratik seçki təcrübəsinə malik olduğunu, qarşıdan gələn parlament seçkilərinin də ədalətli, şəffaf və demokratik keçirilməsi üçün zəruri şəraitin təmin edildiyini bildirib.

Yeni Azərbaycan Partiyasının seçkilərə hazırlıqla bağlı fəaliyyətini ölkənin seçki qanunvericiliyi və partiyanın İdarə Heyətinin 2024-cü il 3 iyul tarixli iclasında qəbul etdiyi Tədbirlər Planı əsasında ardıcıl və sistemli şəkildə həyata keçirdiyini bildirib.

YAP Sədrinin müavini Tədbirlər Planı əsasında görülmüş və nəzərdə tutulan işlər barədə də məlumat verib. O qeyd edib ki, YAP-ın ölkənin bütün seçki dairələri üzrə irəli sürdüyü deputatlığa namizədləri sırasında Milli Məclisin üzvü kimi aktiv fəaliyyəti ilə seçicilərin etimadını doğrultmuş təcrübəli millət vəkilləri ilə yanaşı, yeni simalar, o cümlədən yüksək potensiala malik gənclər də vardır.

Daha sonra YAP Sədrinin müavini müşahidə missiyası üzvlərinin ölkədəki seçki mühiti, partiyanın seçkilərə hazırlıq tədbirləri və bir sıra digər məsələlər barədə suallarını cavablandırıb, missiyanın fəaliyyətinə uğurlar arzulayıb.



Süleyman
Xəbəri paylaş