"Ermənistanın sülh müqaviləsinin imzalanması istiqamətində təşəbbüslərin artdığı və proseslərin müsbət məcrada inkişaf etdiyi bir ərəfədə yenidən silahlanmağa üstünlük verməsi bu ölkənin sülhə maraqlı olmadığından xəbər verir".
Bu fikirləri Newscenter.az-a "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. O bildirib ki. İrəvanın Fransa və Hindistandan hücum silahları alması Ermənistanın yeni bir müharibəyə hazırlaşmasından xəbər verir:
"Belə bir vəziyyətdə Ermənistanla hansısa sülh müqaviləsinin imzalanmasından söhbət gedə bilməz. Çünki Ermənistan silahlanma ilə paralel olaraq konstitusiyasını da dəyişməyə maraqlı görünmür. Cənab Prezidentin də qeyd etdiyi kimi Ermənistan Konstitusiyası dəyişilmədən bu ölkə ilə sülh müqaviləsinin imzalanması mümkün deyil".
Arzuman Muradlı qeyd edib ki, həm Paris, həm Dehli, həm də Avropadakı bəzi siyasi təsisatlar və dövlətlər Ermənistanı yenidən müharibəyə sürükləyirlər:
"Avropa İttifaqı Şurasının Avropa Sülh Fondundan Ermənistan ordusuna 10 milyon avro dəyərində yardım paketini ayırması elə bu ölkəni yenidən münaqişəyə sürükləmək və sülh prosesinə zərbə vurmaq cəhdidir".
Süleyman