İranda son illərin ən isti günləri səbəbiylə ölkə daxilində elektrik istehlakı rekord həddə 79 min 189 meqavata çatıb.
Newscenter.az Röyters-ə istinadən bildirir ki, İranın elektrik paylama şirkəti həddindən artıq istehlakı qarşılaya bilməyəcəyini açıqlayıb və elektrik enerjisi istehlakı üçün tətil tələb edə biləcəyini bildirib.
Məlumata görə, iyulun 27-də paytaxt Tehranda dövlət və özəl sektorlarda tətil elan olunacaq.
İran dövlət televiziyasına danışan elektrik enerjisi paylama şirkətinin baş direktoru Mustafa Rəcəbi Məşhədi bildirib ki, son günlər ölkə üzrə orta temperatur ötən ilin eyni dövrü ilə müqayisədə 2 dərəcə artaraq elektrik enerjisi istehlakında həddindən artıq yüklənməyə səbəb olub.
Mehman Mehdiyev