Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Putinin Əsədlə görüşü Türkiyə ilə əlaqəlidir

Putinin Əsədlə görüşü Türkiyə ilə əlaqəlidir


Suriya prezidenti Bəşər Əsədlə Kreml rəhbəri Putinin görüşü dünyanın əsas diqqət mərkəzinə çevrilib. Sözügedən görüşdə nələrin müzakirə edildiyi barədə müxtəlif fikirlər səslənir.

Newscenter.az-ın xəbərinə görə, sözügedən görüşü şərh edən politoloq Elxan Şahinoğlunun sözlərinə görə. Rusiya prezidenti Vladimir Putinin Kremldə suriyalı həmkarı Bəşər Əsədlə görüşü xəbərlərdə yayıldığı kimi, “ticarət və iqtisadi əlaqələrin müzakirəsi”ndən daha çox Türkiyə ilə əlaqəlidir:

"Kreml Türkiyə və Suriya liderlərini görüşdürmək və barışdırmaq istəyir. Bu Ukraynada müharibə aparan Kremlin başqa bölgələrdə vasitəçi rolunu gücləndirmək məqsədi daşıyır. Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Bəşər Əsədlə görüşməyə hazırdır. Əsədə də rusiyalı həmkarının xahişini yerə salmayacaq".

Politoloq deyib ki, bu görüş Türkiyənin maraqlarına cavab verir. Bəşər Əsəd Ankaranın gözləntisinin əksinə olaraq hakimiyyətini itirmədi, Rusiya və İranın dəstəyi sayəsində kreslosunu qoruya bildi:

"Türkiyəyə Suriya ərazisindəki terrorçu qruplardan təhlükə var. Türkiyə Suriyanın ərazi bütövlüyünü dəstəkləyirsə, Əsədlə müzakirələr hər iki tərəf üçün faydalı olacaq".

Anar Əliyev
Xəbəri paylaş