Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sabah Milli Qəhrəman Asif Məhərrəmovun doğum günüdür

Sabah Milli Qəhrəman Asif Məhərrəmovun doğum günüdür


Sabah Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmovun doğum günüdür.

Newscenter.az xatırladır ki, o, 1952-ci il iyulun 26-da Ağdam şəhərində anadan olub.

Asif Məhərrəmov 24 iyun 1992-ci il Naxçıvanlı kəndində uğrunda gedən döyüşdə ağır yaralanır. Müalicə olunandan sonra isə yenidən cəbhəyə qayıdır.

Asif 1993-cü il iyulun əvvəlində Ağdam ictimaiyyətinin nümayəndələri ilə birlikdə Heydər Əliyevin qəbulunda olur.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı camaatını xilas etmək üçün Ağdam-Əsgəran istiqamətində dəhlizin açılmasında, öz batalyonu ilə iştirak edib. Asif 1992-ci il 7 mart 859 saylı hərbi minaaxtaranlar hissəsinin komandiri təyin edilir.

1993-cü il 27 oktyabrda, Asif Şelli uğrunda gedən döyüşdə iştirak edir, onun səhhəti vərəmə görə ağırlaşır, hərbi hissəni təhvil verir və müalicə məqsədilə Yalta şəhərinə gedir. 1 iyul 1994-cü ildə vərəmdən vəfat edir.

1994-cü ildə Bakıda II Şəhidlər Xiyabanında dəfn edilib.

Anar Əliyev
Xəbəri paylaş