Qazaxıstanla Rusiya arasındakı sərhəddə elektron növbə sistemi tətbiq edilib.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, “CarGoRuqsat” elektron növbə sistemi eyni zamanda Çin, Özbəkistan, Türkmənistanla sərhəddə də tətbiq olunur.
Qazaxıstan-Rusiya sərhədində elektron növbə 7 keçid məntəqəsində fəaliyyət göstərəcək.
“CarGoRuqsat” sərhədi keçmək üçün elektron növbəni əvvəlcədən sifariş etməyə imkan verir ki, bu da onun keçidini sürətləndirir və şəffaf şəkildə aparılır.
İstifadəyə veriləndən Qazaxıstan-Rusiya sərhədində elektron növbə sistemindən indiyə qədər 13 mindən çox yük maşını keçib.
Qazaxıstan-Rusiya sərhədində əlavə 14 keçid məntəqəsində “CarGoRuqsat”ın işə salınması planlaşdırılır.
Anar TAĞIYEV