Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ukrayna danışıqlara hazırdırmı?

Ukrayna danışıqlara hazırdırmı?


"Ukrayna xarici işlər naziri Dmitri Kuleba iki ildən sonra səfər etdiyi Pekində Kiyevin Moskva ilə danışıqlara hazır olduğunu bildirib. Moskvadan dərhal cavab gəlib: “Biz qeyd-şərtsiz danışıqlara hazırıq!”. Ancaq daha sonra Ukrayna Xarici İşlər Nazirliyi Dmitri Kulebanın açıqlamasına aydınlıq gətirib. Danışıqlar Rusiyanın işğalçı müharibəsinə son qoyması və qoşunlarını Ukrayna ərazisindən çıxarması mövzusu ətrafında aparılmalıdır. Aydındır ki, Kreml Kiyevin bu şərtini qəbul etməyəcək".

Newscenter.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu mümkün Rusiya-Ukrayna danışıqlarını şərh edərkən səsləndirib. Onun sözlərinə görə, başqa bir sual da aktuallaşıb:

"Çin Rusiyanın tərəfdaşı olduğu halda Kuleba nədən Pekinə gedib? Aydındır ki, bu səfər Ukrayna Prezidenti Volodimir Zelenski ilə razılaşdırıb. Görünür, Kiyev Pekinin nəbzini yoxlamaq istəyir, Çin hökumətinin sülhlə bağlı Kremlə təsir imkanları öyrənilir. Rusiya-Ukrayna müharibəsi Qərb ölkələri kimi Çinin də maraqlarına zidd olsa da, Pekin müharibənin dayandırılması üçün kifayət qədər fəallıq nümayiş etdirmir. Kiyev Pekini Rusiya tərəfdaşlığından balanslı mövqeyə keçməsini istəyir. Müharibə aparan ölkənin xarici işlər nazirinin Pekində 3 gübn qalması da diqqəti çəkib. Demək, Kuleba Çin rəsmiləri dərin müzakirələr aparmaq istəyib. Kiyev Çin lideri Tsi Cinpinin Ukraynaya səfər etməsinə çalışır".

Politoloq deyib ki, Vaşinqton Kulebanın Çinə səfərini diqqətlə izləyib:

"Kiyev kimi Vaşinqton da Pekinin Moskvaya təsir etməsini istəyir. Ancaq buna nail ola bilmir. Çünki, Vaşinqtonla Pekin arasında başqa mövzularda dərin fikir ayrılıqları var. Pekin Vaşinqtonun Tayvan siyasətini sərt tənqid edir, Vaşinqton isə Pekinin bu adanı ələ keçirmək istəyinə qarşıdır. İki ölkə arasında başqa problem də yaranıb. “Bloomberg” agentliyinin xəbərinə görə, Pentaqonun yeni hesabatında ABŞ Çin və Rusiyanın Akrtikaya artan marağını nəzərə alınaraq Arktikada hərbi hazırlığını və nəzarətini genişləndirəcək. ABŞ Müdafiə Nazirliyinin 2024-cü il üçün Arktika Strategiyasına əsasən, buzların əriməsi regionu iqtisadi və hərbi baxımdan daha əlçatan etdiyi üçün “Arktikanın strateji kor nöqtəyə çevrilməməsi üçün” tədbirlərə ehtiyac var".

Anar Əliyev
Xəbəri paylaş