Bakı məktəbliləri “SASMO” (Sinqapur Beynəlxalq Riyaziyyat Olimpiadası) Olimpiadasının final turunda uğurla iştirak ediblər.
Newscenter.az xəbər verir ki, 35 ölkədən 2 200 şagirdin qatıldığı olimpiadada Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin 30 şagirdi “SASMO” Olimpiadasının final turunda iştirak edərək adını qaliblər sırasına yazdırmağı bacarıb.
3 mərhələdən ibarət olimpiadada fərdi kateqoriya üzrə 5 şagird gümüş, 5 şagird bürünc medal qazanıb. Olimpiadanın “Math Warriors” adlı II mərhələsində 2 məktəbli qızıl, 4 məktəbli gümüş, 7 məktəbli isə bürünc medala layiq görülüb. Olimpiadanın III-“Mind Sports” mərhələsində isə 1 nəfər qızıl, 6 nəfər gümüş, 9 nəfər isə bürünc medal əldə edib.
Qeyd edək ki, bu il Sinqapurda keçirilən “SASMO” Olimpiadasında (SIMOC 2024) iştirak edən şagirdlər bundan öncə AMO 2023 (American Math Olympiad) və SASMO 2024 (Singapore and Asian Schools Math Olympiad) beynəlxalq olimpiadalarında iştirak ediblər.
Süleyman