Sabah Azərbaycanın ilk pianoşu qadını Kövkəb Kamil qızı Səfərəliyevanın vəfat etdiyi gündür.
Newscenter.az xatırladır ki, Azərbaycanın ilk pianoçu-pedaqoqu, metodist, publisist, maarifçi və təşkilatçı olan Kövkəb Kamil qızı Səfərəliyeva 1972-ci ildə Azərbaycan SSR xalq artisti adına layiq görülüb.
1926-cı ildə Kövkəb Səfərəliyeva Musiqi texnikumunu bitirir və çox gənc olmasına baxmayaraq onu Türk qadın seminariyasına işə dəvət edirlər. Burada o ilk pedaqoji fəaliyyətinə başlayır. Məhz bu seminariyada da möhtəşəm ikilinin — Üzeyir bəylə Kövkəb xanımın tanışlığı və birgə fəaliyyətləri başlayır.
Musiqi Texnikumundan sonra Səfərəliyeva dövlət konseravatoriyasının fortopiano şöbəsinə daxil olur. Öz dövrünün dəyərli mütəxəssislərindən dərs alır.
Kövkəb Səfərəliyeva bəstəkar Asəf Zeynallının nişanlısı olub. Asəf Zeynallı 1932-ci ildə 23 yaşında vəfat etdikdən sonra Kövkəb xanım ondan sonra heç kimlə ailə həyatı qurmayıb.
Nərgiz Əzizova