Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Belə bir vəziyyətdə, sülh müqaviləsinin imzalanmasından danışmaq mümkün deyil

Belə bir vəziyyətdə, sülh müqaviləsinin imzalanmasından danışmaq mümkün deyil


"Yenicə müharibədən çıxmış, kifayət qədər sosial, demoqrafik problemlərlə üzləşən hansısa ölkə sürətlə silahlanırsa, deməli revanşa hazırlaşır. Normalda, məğlubiyyətdən sonra işğalçı dövlətlərin ordularının yenidən formalaşmasına, silahlanmasına yönəlik məhdudiyyətlər tətbiq olunur. Nümunə olaraq, İkinci dünya müharibəsindən sonra Almaniyaya, Yaponiyaya tətbiq olunan sanksiyalar faktını göstərmək olar. Ermənistana gəldikdə isə, məsələ tam fərqlidi. Tarixi qələbəmizi həzm edə bilməyən kürəsəl güclər, Ermənistanı ayaqda saxlamağa, Türkiyə və Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışırlar. Çünki, "erməni məsələsinin" beynəlxalq gündəlikdən çıxarılması, həmin qüvvələrin planlarını alt-üst edir".

Bu fikirləri Newscenter.az-a VI çağırış Milli Məclisin deputatı Nəsib Məhəməliyev Ermənistanın silahlanmasını şərh edərkən səsləndirib. Millət vəkilinin sözlərinə görə, Fransa başda olmaqla, kollektiv Qərbin və regionun bəzi dövlətləri hesab edirlər ki, bölgədə gərginlik saxlanmalıdır:

"Gərginliyin saxlanılması, idarə olunan münaqişə deməkdir. Ermənilər tarixən, böyük güclərin əlində "maşa2 rolunu icra etmişlər. Türkiyənin ətrafında baş verən proseslərə diqqət etdikdə görürük ki, Şərqi Aralıq dənizində, Yunanıstan adalarında, yunan Kiprində, cənub sərhədləri Suriyada, İraqda yeni hərbi bazalar yaradılır, terrorçu təşkilatlar sürətlə silahlandırılır. Məqsəd, Türkiyənin, Azərbaycanın aparıcı qüvvə təşkil etdiyi türk dünyasının təşkilatlanmasının, beynəlxalq güc mərkəzinə çevrilməsinin qarşısını almaqdır. Fransa, Hindistan, İran Ermənistanı silahlandırmaqla məşğuldur. ABŞ isə, təlimatlandırmaqla, hərbi təlimlər keçirməklə".


Nəsib Məhəməliyev, "Belə bir vəziyyətdə, sülh müqaviləsinin imzalanmasından danışmaq mümkün deyil. Sülh istəyən ölkə, qonşularına qarşı ərazi iddialarını qanunlaşdırmamalıdır. Bildiyiniz kimi, Ermənistan konstitusiyasında konkret maddələr mövcuddur. Ermənistan siyasi iradə nümayiş etdirməli, hər şeydən əvvəl diasporanın, lobbi təşkilatlarının təzyiqlərindən azad olmalı, konstitusiya dəyişikliklərini həyata keçirməlidir. Əks halda, müharibə qaçılmazdı",-deyə bildirib.

Süleyman
Xəbəri paylaş