Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Çin Rusiya ilə birlikdə ASEAN formatında əməkdaşlığa dəstək verir

Çin Rusiya ilə birlikdə ASEAN formatında əməkdaşlığa dəstək verir


Çinin xarici işlər naziri Vanq Yi rusiyalı həmkarı Sergey Lavrov və Laosun baş nazirinin müavini və xarici işlər naziri Salemsay Kommasit ilə Vyantyanda üçtərəfli görüş zamanı Rusiya Federasiyası ilə birlikdə Cənub-Şərqi Asiya Ölkələri (ASEAN) formatında regional əməkdaşlığı dəstəkləməyə hazır olduğunu bildirib.

Newscenter.az xəbər verir ki, TASS bu barədə məlumat yayıb. Bildirilib ki.
Çin Laosun ASEAN-a sədrliyini yüksək qiymətləndirir və Rusiya ilə birlikdə assosiasiyanın mərkəzi rol oynadığı regional əməkdaşlıq strukturunu dəstəkləməyə hazırdır.

Diplomatın qeyd etdiyi kimi, Pekin ASEAN ölkələrinin “Şərqi Asiyada əməkdaşlıqda düzgün istiqaməti saxlamasını” təmin etmək üçün dəstək verəcək. O, həmçinin Şanxay Əməkdaşlıq Təşkilatı və BRİKS kimi çoxtərəfli platformalarda qarşılıqlı fəaliyyətin vacibliyini qeyd edib.

Anar Əliyev
Xəbəri paylaş