Türkiyədə daha 22 qeyri-qanuni mühacir saxlanılıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, onlar Çanaqqala sahillərində sahilə çıxarılıb.
Sahil Mühafizə Xidmətinin yaydığı məlumata görə, Çanaqqalanın Ayvacık rayonu sahillərində qeyri-qanuni mühacirlərə qarşı keçirilən əməliyyatlarda 12 nəfər, mühərriki xarab olan rezin qayıqda olan 10 nəfər isə xilas edilib.
22 qeyri-qanuni mühacir saxlanılıb.
Ayvacık sahillərində Çakmak burnu qarşısında nizamsız mühacirlərin olduğu rezin qayıq tapılması xəbəri üzərinə Sahil Mühafizəsinin "KB-20" və "KB-4304" katerləri bölgəyə sövq edilib.
Hıyarlık bölgəsində rezin qayıqla enən 4-ü uşaq olmaqla 12 Əfqanıstan vətəndaşı qeyri-qanuni mühacir tutulub.
Mehman Mehdiyev