"Ermənistan görünən odur ki, yenidən yolunu azır. Hər hansı bir dövlətin silahlanması öz işidir. Amma Ermənistanın yox. Ermənistan işğalçı dövlət olub. Azərbaycan da onu cəzalandıraraq öz torpaqlarını azad edib və ona kapitulyasiya aktı imzaladıb. Bu durumda Ermənistanın yenidən silahlanma yarışına başlaması Azərbaycanın varlığını hesaba almamaqdır".
Newscenter.az xəbər verir ki, bunu ƏHD Partiyası sədrinin müşaviri Azər Qasımov səsləndirib. O bildirib ki, bu, Azərbaycanın tələblərini saymamaqdır:
"Bu, yeni müharibə şərtidir və Azərbaycan bunu belə qoymamalıdır. Silahlanma ilə bərabər sülh müqaviləsi danışıqları aparmaq görünən odur ki, vaxt qazanmağa hesablanmış oyun kimi görünür. Bundan bu məntiq çıxır".
Azər Qasımov deyib ki, Azərbaycan son dəfə Ermənistana xəbərdarlıq etməlidir:
"Əldə etməyi planlaşdırdığı silahlardan açıq şəkildə rəsmi bəyanatla imtina etməlidir. Əks təqdirdə Azərbaycan Ermənistan dövlətini ümumiyyətlə silah almaq hüququndan məhrum etmək şərtini müqaviləyə salmalıdır. Əks halda heç bir sülh müqaviləsinin olmayacağını bəyan etməlidir. Ermənistan yenə də silahlanmağa davam edəcəksə, bunun cavabını Azərbaycan ordusu verməlidir".
Süleyman