Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İranla Ermənistan arasında 500 milyonluq hərbi əməkdaşlıq

İranla Ermənistan arasında 500 milyonluq hərbi əməkdaşlıq


Ermənistan sürətlə silahlanır. Bu dəfə İrəvan Tehranla 500 milyon dollarlıq hərbi əməkdaşlıq müqaviləsi imzalayıb.

Newscenter.az-ın xəbərinə görə, məsələ ilə bağlı fikirlərini bildirən politoloq Məhəmməd Əsədullazadə deyib ki,İranla Ermənistan arasında 500 milyonluq hərbi əməkdaşlıq müqaviləsinin imzalanması Tehran rejiminin sülhün əldə edilməməsinə hesablanıb. Onun sözlərinöə görə, bununla İran Ermənistani Azərbaycana qarşı hərbi təxribatlara sövq etməyi planlaşdırıb:

"İranda yeni adminstrasiya çalışacaq ki, Azərbaycanla münasibətləri inkişaf etdirsin. Ermənistanla hərbi əməkdaşlıq məsələlərini arxa plana keçirsin".

Politoloq deyib ki, İran sabiq prezidenti İ. Rəisinin prezidentliyi dönəmində Ermənistana silahlar verilib:

"İranın Ali dini rəhbəri S. Ə. Xameneinin Ermənistanı silahlandırmasına razılıq verməsi, Azərbaycana qarşı düşmənçilik siyasətinin bariz nümunəsidir. İranın ali dini rəhbəri Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməməsi və Zəngəzur dəhlizinin açılmaması üçün əlindən gələni edir. Ali dini rəhbərə tabe olan SEPAH xətti ilə silahlar Ermənistana verilib".

Anar Əliyev
Xəbəri paylaş