İsrail əsgərlərinin öz peşə fəaliyyətini icra edən mətbuat nümayəndələrinə qarşı təzyiqləri, fiziki zor tətbiq etmələri adiləşib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu dəfə İsrail hərbiçiləri TRT əməkdaşlarını hədəf alıblar. Belə ki, israilli əsgərlər TRT komandasına fiziki güc tətbiq ediblər.
Hadisə Qüdsdə, Məscidi-Aksa qarşısında baş verib. Nəticədə TRT əməkdaşlarının kamerası sındırılıb.
Qeyd edək ki, bundan əvvəl də TRT əməkdaşları İsrail hərbiçiləri tərəfindən təzyiqlə üzləşiblər.
Mehman Mehdiyev