2023-cü ildə İstanbul Boğazından 416 milyon ton yük daşınıb.
Newscenter.az xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib. O bildirib ki, yeni nəsil yerli yedək gəmiləri, avadanlıqları və sistemləri sayəsində daha təhlükəsiz dəniz nəqliyyatı təmin edilib və bu sahədəki donanmalar milliləşdirilib.
Türk boğazları, Qara dəniz, Egey və Aralıq dənizlərində dənizlərə tamamilə hakim olan türklərin okeanlara çataraq dünya imperiyası qurduğunu bildirən Uraloğlu, "Bizim üçün dənizlərimiz mavi vətənimizdir", -deyə söyləyib.
Uraloğlu Türkiyənin dəniz nəqliyyatı sahəsində beynəlxalq ticarət fəaliyyətləri baxımından əsas mövqedə olduğunu ifadə edərək, “Xüsusilə son 22 ildə dənizçilik fəaliyyətlərinə cavabdeh olan nazirlik olaraq atdığımız hər addımı bizim liderliyimizlə atırıq",-deyib.
Mehman Mehdiyev